Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir A.Tağıyeva/
Bu gün Türkiyənin Ədirnə şəhərində içərisində qeyri-leqal miqrantların olduğu avtobus aşıb. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti xəbər verir.
İlkin versiyaya görə, hadisə nəticəsində avtobusun sərnişinlərindən üçü həlak olub, doqquzu yaralanıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Hazırda xəsarət alanların və ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.