...

Fransada etiraz edən türklərin sayı beş min nəfərə çatıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 22 Dekabr 2011 14:07 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:53-də yayılıb)

Azərbaycan, Bakı, 22 dekabr / Trend müxbir A.Tağıyeva/

Fransada yaşayan türklər bu gün səhər saat 06:00-dan ölkə Senatında qondarma "erməni soyqırımı"nın inkarına görə cəza haqqında qanun layihəsinin qəbul edilməsinə qarşı kütləvi etiraz aksiyaları keçirirlər. Trend-in məlumatına görə, bu barədə CNN Turk telekanalı xəbər verir.

Etiraz aksiyalarında iştirak etmək üçün Fransanın bütün şəhərlərindən Parisə gələn türklərin sayı artıq beş min çatıb.

Bir az əvvəl Prezident Gül bəyan edib ki, Türkiyə Fransanın xırda siyasi haqq-hesablar naminə Ankara ilə Parisin çoxillik dostluğunu qurban verməyəcəyinə ümid edir.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə-Fransa münasibətləri üçüncü tərəfin tələblərindən asılı olmamalıdır və əgər Fransa Senatı qanun layihəsini təsdiqləyərsə, Türkiyə bütün diplomatik vasitələrlə buna cavab verəcək.

Qanun layihəsinin qəbul edilməsindən sonra Türkiyənin öz səfirini Fransadan geri çağıracağı və Parislə diplomatik və iqtisadi münasibətləri kəsəcəyi gözlənilir.

Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi altında bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırımı" tanıyıblar.

Xəbər lenti

Xəbər lenti