Qazaxıstan, Astana,17 yanvar /Trend, müxbir L.Podolyak/
Qazaxıstan parlamentinə üç partiya keçir: hakim "Nur Otan", "Ak Jol" demokratik partiyası və Kommunist Partiyası. Trend-in məlumatına görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının yekun məlumatda deyilir.
Seçicilərin 80,99 faizi "Nur Otan" partiyasına, 7,47 faizi "Ak Jol"a, 7,19 faizi isə kommunistlərə səs verib.
Seçkilərin digər iştirakçıları yeddi faizlik səddi keçə bilməyib.
Yanvarın 15-də Qazaxıstanda Məclis (Parlamentin aşağı palatası) və Məsləhətə (yerli hakimiyyət orqanlarına) deputatların seçkisi keçirilib.