...

Türkiyə Fransanın "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanununu "məsuliyyətsiz akt" adlandırıb

Dünya xəbərləri Materials 24 Yanvar 2012 10:42 (UTC +04:00)
Fransa Senatının qəbul etdiyi "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun "məsuliyyətsiz akt"dır.
Türkiyə Fransanın "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanununu "məsuliyyətsiz akt" adlandırıb

Azərbaycan, Bakı, 24 yanvar / Trend/

Fransa Senatının qəbul etdiyi "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun "məsuliyyətsiz akt"dır. Bu barədə Türkiyə XİN-in bu gün yaydığı bəyanatda deyilir. Trend-in məlumatına görə, bu barədə TRT Haber telekanalı xəbər verir.

"Biz hər cəhətdən şübhəli və məsuliyyətsizliyin nümunəsi olan bu qərarı qətiyyətlə pisləyirik", - nazirliyin bəyanatında deyilir.

"Türkiyə Fransa Senatının qərarı ilə mübarizə üçün bütün zəruri addımları atacaq", - diplomatlar bəyan ediblər və əlavə ediblər ki, ölkə XİN-i "bütün mümkün tribunalardan qanun layihəsinə öz münasibətini bəyan edəcək".

Dünən Fransa Senatı səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə 86 senator səs verib.

Fransa senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti