...

Xəzər dənizinin cənub sahilində zəlzələ baş verib

Dünya xəbərləri Materials 2 Fevral 2012 11:19 (UTC +04:00)
Bu gün səhər Xəzər dənizinin cənub sahilində İranın Mazandaran ostanında 3,7 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İranın MEHR agentliyi xəbər verir.
Xəzər dənizinin cənub sahilində zəlzələ baş verib

Azərbaycan, Bakı, 2 fevral / Trend müxbir T.Cəfərov/

Bu gün səhər Xəzər dənizinin cənub sahilində İranın Mazandaran ostanında 3,7 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İranın MEHR agentliyi xəbər verir.

Tehran Universiteti Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 07:21-də baş verdiyini bildirib. Zəlzələ baş verdikdən sonra daha bir neçə yeraltı təkan qeydə alınıb.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti