Azərbaycan, Bakı, 9 fevral / Trend, müxbir A.Tağıyeva /
"Türk Hava Yolları" aviaşirkəti bu gün hava şəraitinin pis olması ilə əlaqədar 84 daxili və beynəlxalq reysi təxirə salıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Hürriyət" qəzeti yazır.
Məlumata görə, bir sıra daxili reyslər daha gec müddətə təxirə salınıb.
Artıq bir neçə həftədir ki, Türkiyədə güclü qar yağır.