Azərbaycan, Bakı, 21 fevral / Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov /
"Altılıq"la İran arasında danışıqlarının gündəliyində İranın nüvə proqramı məsələsi durur. Trend-in məlumatına görə, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst Tehranda mətbuat konfransında bildirib.
"Tərəflər ilk növbədə yekun razılığa gəlməlidirlər", - o deyib.
BAEA ilə danışıqlar barədə məlumat verən Mehmanpərəst bildirib ki, Qərb bu danışıqlarda öz gündəliyini qəbul etdirməyə çalışır.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndə heyəti bazar ertəsi, fevralın 20-də Tehrana gəlib. Onlar bu ölkənin nüvə proqramı ilə bağlı ikigünlük danışıqlar aparacaqlar.