...

Türkiyə Əfqanıstandakı ordusunu geri çağırmalıdır - müxalifət

Dünya xəbərləri Materials 21 Mart 2012 14:44 (UTC +04:00)
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Əfqanıstandakı türk ordusunun bu ölkədən geri çağırılmasının vacibliyini bildirib.
Türkiyə Əfqanıstandakı ordusunu geri çağırmalıdır - müxalifət

Azərbaycan, Bakı, 21 mart / Trend, müxbir R.Hafizoğlu /

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Əfqanıstandakı türk ordusunun bu ölkədən geri çağırılmasının vacibliyini bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin TRT Haber telekanalı məlumat verib.

"Türkiyə tez bir zamanda Əfqanıstandakı sülhməramlılarını geri çağırmalıdır", - Baxçalı deyib.

Martın 16-da Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb. Nəticədə 12 türk sülhməramlı həlak olub. Qəzaya uğrayan helikopter NATO-nun Əfqanıstandakı koalisiyası ISAF-a məxsus olub. Helikopterin qəzaya uğraması səbəbləri hələlik məlum deyil.

Əfqanıstanda həlak olan tük sülhməramlıların cəsədləri Türkiyəyə gətirilib və dəfn olunub.

Xəbər lenti

Xəbər lenti