...

Türkiyə XİN vətəndaşlarını Suriyaya səfərlərdən imtina etməyə çağırıb

Dünya xəbərləri Materials 4 Aprel 2012 09:08 (UTC +04:00)
Türkiyənin xarici işlər nazirliyi bu ölkənin vətəndaşlarını Suriyaya səfərlərdən imtina etməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə Anadolu agentliyi xəbər yayıb.
Türkiyə XİN vətəndaşlarını Suriyaya səfərlərdən imtina etməyə çağırıb

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir R. Hafizoğlu/

Türkiyənin xarici işlər nazirliyi bu ölkənin vətəndaşlarını Suriyaya səfərlərdən imtina etməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə Anadolu agentliyi xəbər yayıb.

Buna səbəb bu ölkədə mövcud olan qeyri-sabit vəziyyətdir.

Suriyada ötən ilin martından etibarən hökumət əleyhinə etiraz aksiyaları davam edir. Hər gün həm dinc sakinlər, həm də güc strukturlarının əməkdaşları arasında ölüm halları haqqında məlumatlar daxil olur.

BMT nin verdiyi rəsmi açıqlamaya görə, Suriyada münaqişələrin başladığı gündən etibarən ölənlərin sayı 9 min nəfəri keçib, 200 min nəfər isə evlərini tərk etmək məcburiyyətində qalıblar.

Xəbər lenti

Xəbər lenti