...

Türkiyə XİN-in rəhbəri BMT baş katibi ilə Suriya məsələsini müzakirə edib

Dünya xəbərləri Materials 6 Aprel 2012 11:58 (UTC +04:00)
Türkiyənin XİN rəhbəri Ahmet Davudoğlu BMT-nin baş katibi Pan Gi Munla telefon danışığı zamanı Suriyadakı son vəziyyəti müzakirə edib.
Türkiyə XİN-in rəhbəri BMT baş katibi ilə Suriya məsələsini müzakirə edib

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin XİN rəhbəri Ahmet Davudoğlu BMT-nin baş katibi Pan Gi Munla telefon danışığı zamanı Suriyadakı son vəziyyəti müzakirə edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Zaman" qəzeti xəbər verib.

Suriyada ötən ilin martından etibarən hökumət əleyhinə etiraz aksiyaları davam edir. Hər gün həm dinc sakinlər, həm də güc strukturlarının əməkdaşları arasında ölüm halları haqqında məlumatlar daxil olur.

Aprelin 5-də Suriya hakimiyyəti bir neçə şəhərdən qoşunları çıxartmağa başlayıb.

Xəbər lenti

Xəbər lenti