...

Ermənistanda parlament seçkiləri başa çatıb, ekzit-polların nəticiləri bəlli olub

Dünya xəbərləri Materials 6 May 2012 22:19 (UTC +04:00)
Ermənistanın parlamentinə seçkilərdə səsvermə başa çatıb, bütün seçki məntəqələri yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00-da) bağlanıb.
Ermənistanda parlament seçkiləri başa çatıb, ekzit-polların nəticiləri bəlli olub

Azərbaycan, Bakı, 6 may /Trend/

Ermənistanın parlamentinə seçkilərdə səsvermə başa çatıb, bütün seçki məntəqələri yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00-da) bağlanıb.

Son məlumata görə, seçkilərdə 1.300.117 nəfər yəni seçicilərin 51,53%-i iştirak edib.

Gallup International Association şirkəti tərəfindən keçirilən ekzit-polların nəticələrinə görə, seçkilərdə iqtidar Ermənistan Respublika partiyası 44,44%, "Çiçəklənən Ermənistan" - 28,81%, Erməni Milli Konqresi - 6,33%, "Orinats Yerkir" partiyası - 6,16%, "İrs" partiyası - 5,92%, "Daşnaktsutyun" partiyası isə 5,18% səs yığıb.

Seçkilərdə cəmi səkkiz partiya və bir seçki bloku iştirak edib.

Ölkə polisinin məlumatına görə, seçkilərdə 2 432 238 nəfərədək seçici iştirak edəcək.

Seçkilərin nəticələri haqqında qəti qərar səsvermə günündən yeddi gün sonra qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti