Azərbaycan, Bakı, 27 may /Trend, müxbir M.Müəzzi /
İranın yeni parlamentinin ilk sessiyası açılıb.
İranın 9-cu Məclisinin (parlament) açılışında ölkə Prezidenti Mahmud Əhmədinejad, yüksəkçinli hərbi komandirlər, müxtəlif nəzarət orqanlarının rəhbərləri və xarici dövlətlərin səfirləri iştirak ediblər. Trend-in məlumatına görə, bu barədə bazar günü MEHR agentliyi xəbər verib.
İran Parlamentinin 290 üzvü seçkilərin martın əvvəlində və mayın əvvəlində keçirilən iki raundunun gedişində iki mərhələdə seçiliblər.