...

İtaliyanın şimalında 5,9 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 29 May 2012 12:56 (UTC +04:00)
İtaliyanın şimalında 5,9 bal gücündə güclü zəlzələ baş verib.
İtaliyanın şimalında 5,9 bal gücündə zəlzələ baş verib

Azərbaycan, Bakı, 29 may /Trend/

İtaliyanın şimalında 5,9 bal gücündə güclü zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə Sky TG24 telekanalı xəbər verib.

Yeraltı təkanlar yerli vaxtla saat 09:00 radələrində qeydə alınıb. İlkin məlumata görə, zəlzələnin episentri Modena əyalətinin Emiliya-Romanya vilayətində olub. Titrəyiş ölkənin bütün şimal hissəsində, eləcə də mərkəzi Toskana vilayətində hiss olunub.

Hazırkı anda İtaliyanın Mülki Müdafiə Xidməti tələfat və dağıntının olub-olmadığını müəyyən edir.

Xəbər lenti

Xəbər lenti