...

Türkiyə aviaşirkətinin işçilərinin tətili reyslərin reallaşdırılmasına təsir edib

Dünya xəbərləri Materials 29 May 2012 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir A.Tağıyeva/

"Türk Hava Yolları" aviaşirkətinin 200 nəfərdən ibarət işçi qrupu ölkə parlamentinin aeroport əməkdaşlarının tətil keçirməsini qadağan edən qanun layihəsini nəzərdən keçirməsinə qarşı İstanbulun Atatürk aeroportunda kütləvi tətil keçirir. Bu barədə Trend çərşənbə axşamı "CNN Turk" telekanalına istinadən məlumat verir.

Gecədən davam edən tətillər səbəbindən İstanbul-Təl-Əviv və İstanbul-Nyu-York beynəlxalq reysləri gecikir.

Tətillərin davam edəcəyi təqdirdə daha bir neçə resyin ləğv edilməsi və ya təxirə salınması gözlənilir.

Xəbər lenti

Xəbər lenti