...

Türkiyə Suriya ilə sərhəddə bufer zona yaratmaq istəyir

Dünya xəbərləri Materials 29 İyun 2012 11:22 (UTC +04:00)
Türkiyə Suriya ilə sərhəddə bufer zona yaratmaq barədə ABŞ və NATO ilə danışıqlar aparır.
Türkiyə Suriya ilə sərhəddə bufer zona yaratmaq istəyir

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Suriya ilə sərhəddə bufer zona yaratmaq barədə ABŞ və NATO ilə danışıqlar aparır. Məhz bu məqsədlə Ankara son bir neçə gün ərzində sərhədə hərbi texnika cəmləşdirir. Trend-in məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin yüksəkrütbəli məmuru Türkiyənin "Vətən" qəzetinə bildirib.

Onun sözlərinə görə, Türkiyə habelə NATO ölkələrindən Suriya üzərində uçuşsuz zona yaradılmasını da tələb edib.

Öz növbəsində, Suriya böhranı məsələsi ilə birbaşa məşğul olan adı açıqlanmayan türk diplomatı "Vətən" qəzetinə Suriya üzərində uçuşsuz zona yaradılmasının həqiqətən müzakirə olunduğunu təsdiqləyib.

Türkiyə çərşənbə axşamından etibarən Baş nazir Rəcəb Tayyib Ərdoğanın Bəşər Əsəd rejiminin Türkiyənin təhlükəsizliyini təhdid etməsinə dair bəyanatından sonra Suriya sərhədinə hərbi texnika yığmağa başlayıb.

Ərdoğan Suriyanın türk təyyarəsini onun hava məkanına soxulmasından sonra öz ərazi sularında vurduğunu bildirməsindən sonra bəyanatla çıxış edib.

Xəbər lenti

Xəbər lenti