...

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Suriyanın şimalında kürd dövlətinin yaradılmasına yol verməyəcək

Dünya xəbərləri Materials 26 İyul 2012 10:05 (UTC +04:00)
Suriyanın şimalında Kürdüstan Fəhlə Partiyası tərəfindən kürd dövlətinin yaradılması Türkiyə üçün terror təhlükəsinin güclənməsi deməkdir və bununla əlaqədar Ankara bu dövlətin yaradılmasına yol verməyəcək.
Rəcəb Tayyib Ərdoğan: Türkiyə Suriyanın şimalında kürd dövlətinin yaradılmasına yol verməyəcək

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir A.Tağıyeva/

Suriyanın şimalında Kürdüstan Fəhlə Partiyası tərəfindən kürd dövlətinin yaradılması Türkiyə üçün terror təhlükəsinin güclənməsi deməkdir və bununla əlaqədar Ankara bu dövlətin yaradılmasına yol verməyəcək. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkənin "24 TV" telekanalına müsahibəsində deyib.

"Biz Suriyanın şimalındakı kürd dövlətini kürd xalqının dövləti kimi qəbul etməyəcəyik. Bu, Türkiyə üçün həssas mövzu olan terror törəməsi olacaq", - Ərdoğan bildirib.

Onun sözlərinə görə, Ankara Suriyanın şimalındakı vəziyyəti sakitcə izləməyəcək və mütləq belə bir törəmənin yaranmasına yol verməmək üçün zəruri addımlar atacaq.

Baş nazir onu da bildirib ki, gələn həftə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu yaranmış vəziyyəti müzakirə etmək üçün Şimali İraq Kürd Muxtariyyətinə səfər edəcək.

BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 17 min nəfərdir. 230 minə yaxın insan qaçqına çevrilib, bir milyona yaxın insanın humanitar yardıma ehtiyacı var. Suriya hakimiyyəti bəyan edir ki, onlar yaxşı silahlanmış yaraqlılarla mübarizə aparırlar.

Xəbər lenti

Xəbər lenti