...

Türkiyədə hərbi konvoyun keçidi zamanı partlayış baş verib, həlak olanlar var

Dünya xəbərləri Materials 27 İyul 2012 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Diyarbəkir vilayətinin Licə kəndində hərbi konvoyun keçidi zamanı partlayış baş verib. Trend-in məlumatına görə, bu barədə cümə günü Türkiyənin "Sabah" qəzeti xəbər verib.

İlkin məlumatlara görə, partlayış nəticəsində iki hərbiçi həlak olub, daha bir neçə nəfər yaralanıb.

İlkin məlumatlara görə, terror aktını Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvləri törədib.

Xəbər lenti

Xəbər lenti