...

İranın Fars əyalətində güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 6 Sentyabr 2012 09:42 (UTC +04:00)
Bu gün İranın Fars əyalətində Rixter cədvəli üzrə 4,9 bal gücündə zəlzələ baş verib.
İranın Fars əyalətində güclü zəlzələ baş verib

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir T.Cəfərov/

Bu gün İranın Fars əyalətində Rixter cədvəli üzrə 4,9 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews məlumat verir.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla səhər saat 08:18-də baş verdiyini bildirib.

Hələlik zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb. Təxminən beş min bina zərər görüb.

Xəbər lenti

Xəbər lenti