...

Qazaxıstanın yeni Baş naziri təyin edilib (ƏLAVƏ OLUNUB-3)

Dünya xəbərləri Materials 24 Sentyabr 2012 11:52 (UTC +04:00)
Qazaxıstanın Baş naziri vəzifəsinə Serik Axmetov təyin edilib.
Qazaxıstanın yeni Baş naziri təyin edilib (ƏLAVƏ OLUNUB-3)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir Y.Kosolapova/

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkənin Baş naziri Karim Masimovu vəzifəsindən azad edib. Trend-in məlumatına görə, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Baş nazir Karim Kajimkanoviç Masimovun ərizəsi ilə əlaqədar onun istefası qəbul edilib", - məlumatda deyilir.

Həmçinin Prezidentin fərmanına uyğun olaraq, Qazaxıstan hökuməti respublika hökumətinin yeni tərkibi təsdiq edilənə qədər öz səlahiyyətlərini icra edəcək.

Fərman imzalandığı gündən qüvvəyə minir.

Nazarbayevin imzaladığı digər fərmanla Masimov Qazaxıstan Prezidenti Administrasiyasının rəhbəri təyin edilib.

Qazaxıstanın Baş naziri vəzifəsinə Serik Axmetov təyin edilib.

Xəbər lenti

Xəbər lenti