...

"Gürcü arzusu" 39 birmandatlı dairədə qələbə qazanıb

Dünya xəbərləri Materials 5 Oktyabr 2012 14:18 (UTC +04:00)
"Gürcü arzusu" birmandatlı dairələrdən 39, hakim Vahid Milli Hərəkat Partiyası isə 33 mandat əldə edib.
"Gürcü arzusu" 39 birmandatlı dairədə qələbə qazanıb

Gürcüstan, Tbilisi, 5 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

"Gürcü arzusu" birmandatlı dairələrdən 39, hakim Vahid Milli Hərəkat Partiyası isə 33 mandat əldə edib.

Trend-in məlumatına görə, Gürcüstan Mərkəzi Seçki Kimissiyasının (MSK) məlumatına əsasən, "Gürcü arzusu" Tbilisidən savayı, majoritar dairələrdə deputat mandatlarını aşağıdakı rayonlarda qazanıb: Saqareco, Telavi, Axmeta, Tianeti, Rustavi, Mtsxeta, Duşeti, Kazbeqi, Kaspi, Qori, Kareli, Borjomi, Oni, Mestiya, Xaraquli, Saçxere, Zestafoni, Baqdati, Samtredia, Xoni, Tkibuli, Kutaisi, Ozurqeti, Lançuti, Çoxatauri, Poti, Batumi, Kobuleti, Xelvaçauri.

Vahid Milli Hərəkat Partiyası majoratir seçkiləri rayonlarda qazanıb: Qurcaani, Siqnaxi, Dedoplistskaro, Laqodexi, Kvareli, Qardabani, Marneuli, Bolnisi, Dmanisi, Tsalka, Tetri Tskaro, Xaşuri, Axaltsixe, Adiqeni, Aspindza, Axalkalaki, Ninotsminda, Ambrolauri, Tsaqeri, Lentezi, Terjola, Vani, Çiatura, Tsxaltubo, Abaşa, Senaki, Martvili, Xobi, Zuqdidi, Tsalencixa, Tsxorotsku, Keda, Şuaxevi və Xulo.

Majoritar dairələrdə deputat mandatlarının bölüşdürülməsi haqqında yekun məsələ məhkəmə araşdırmalarının başa çatmasından sonra həll ediləcək. "Gürcü arzusu"nun səkkiz dairədə, Vahid Milli Hərəkat Partiyasının isə bir dairədə qələbəsi oppenentlərlə mübahisəlidir.

Səslərin 99,8 faizinin hesablanmasından sonra proporsional sistem üzrə seçkilərdə "Gürcü arzusu" 54,9 faizlə lliderlik edir, Vahid Milli Hərəkat isə səslərin 40,4 faizini toplayıb.

MSK-dən Trend-ə verilən məlumata görə, yekun ilkin məlumatlar mübahisəli seçki dairələri üzrə məhkəmə araşdırmalarının başa çatmasından sonra dərc ediləcək.

Xəbər lenti

Xəbər lenti