Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir T.Cəfərov/
İçərisində parlament nümayəndələri, əyalət başçıları və digər rəsmilər olan Tehran-Təbriz reysi ilə uçan təyyarə Mehrabad hava limanında təcili eniş edib. Trend bu barədə MEHR xəbər agentliyinə istinadən xəbər verir.
Məlumata görə, təyyarə yerli vaxtla saat 06:00-da Tehrandan havaya qalxıb, lakin bir neçə dəqiqədən sonra hava gəmisində yaranmış texniki nasazlıq onun Mehrabad hava limanına təcili eniş etməsinə səbəb olub.