...

İran həbsdə ölən bloqqerə işgəncə verildiyini inkar edir

Dünya xəbərləri Materials 12 Noyabr 2012 11:43 (UTC +04:00)
Aparılan təhqiqata əsasən, həbsxanada ölən bloqqer Səttar Behiştiyə işgəncə verilməyib.
İran həbsdə ölən bloqqerə işgəncə verildiyini inkar edir

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov /

Aparılan təhqiqata əsasən, həbsxanada ölən bloqqer Səttar Behiştiyə işgəncə verilməyib. Bu barədə İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Ələddin Bolicərdi bildirib. Trend-in məlumatına görə, bu barədə ölkə parlamentinin rəsmi saytı xəbər verir.

Borucərdinin sözlərinə görə, təhqiqat göstərib ki, həbsdə olduğu müddətdə Behiştinin üzərində heç bir fiziki zorakılıq izləri aşkar olunmayıb.

Səttar Behişti oktyabrın 30-da öz evində həbs edilib. Beynəlxalq hüquq mühafizə təşkilatı "Amnesty International"ın məlumatına görə, bir həftə əvvəl antihökumət bloqunun yaradıcısı işgəncə nəticəsində həbsxanada dünyasını dəyişib.

Bununla əlaqədar İran parlamenti təhqiqatlara başlayıb.
İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Laricani müvafiq strukturları bloqqerin ölümünün səbəblərini aydınlaşdırmaq üçün ciddi təhqiqat aparmağa çağırıb.

Parlamentin vitse-prezidenti Məhəmməd Həsən Əbu Torabi Fard ötən həftə bəyan edib ki, parlamentin Milli təhlükəsizlik və xarici siyasət komissiyası insidentin araşdırılması üçün İstintaq Komitəsi yaradıb.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə
ali komissarı Ketrin Eşton bazar günü Behiştinin ölümü ilə bağlı dərin narahatlıq keçirdiyini bildirib və İranı bu hadisə ilə bağlı dəqiq araşdırma aparmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti