...

Gürcüstan parlamenti 10 deputatın səlahiyyətini tanıyıb, onlardan biri azərbaycanlıdır

Dünya xəbərləri Materials 13 Noyabr 2012 13:38 (UTC +04:00)
Trend-in məlumatına görə, onlar yeni hökumətin tərkibinə daxil edilən və deputat səlahiyyətlərini buraxan parlamentarilərin yerlərini tutacaqlar.
Gürcüstan parlamenti 10 deputatın səlahiyyətini tanıyıb, onlardan biri azərbaycanlıdır

Gürcüstan, Tbilisi, 13 noyabr/Trend, müxbir N. Kirsxaliya/

Gürcüstan parlamenti bu gün plenar iclasda 10 yeni deputatın səlahiyyətini tanıyıb.

Trend-in məlumatına görə, onlar yeni hökumətin tərkibinə daxil edilən və deputat səlahiyyətlərini buraxan parlamentarilərin yerlərini tutacaqlar.

"Gürcüstan arzusu"nun partiya siyahısı üzrə ölkə parlamentinə Georgi Saqareişvili, Mahir Qazıyev, Tamaz Meçiauri, Aleksandr Tamazaşvili, Tengiz Xubuluri, Tamaz Şioşvili, Otar Çrdileli, Fridon Sakvarelidze, David Lordkipanidze və Omar Nişnianidze daxil olublar.

Daha əvvəl parlamentdə Azərbaycan əsilli deputatlar - Əli Məmmədov ("Gürcüstan arzusu") və Azər Süleymanov (Vahid Milli Hərəkat) olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti