...

Səudiyyə Ərəbistanında xəstəxana yanır, 30-a yaxın zərərçəkən var - TV (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 20 Noyabr 2012 15:44 (UTC +04:00)
Çərşənbə axşamı Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki xəstəxanalardan birində yanğın baş verib.
Səudiyyə Ərəbistanında xəstəxana yanır, 30-a yaxın zərərçəkən var - TV (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (Birinci xəbəbr saat 15.08-də yayılıb)

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Çərşənbə axşamı Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki xəstəxanalardan birində yanğın baş verib. Nəticədə 30-a yaxın şəxs xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Qətərin "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir.

"Əl-Bayan" xəbər saytının məlumatına görə, yanğına binanın soyutma sistemindəki nasazlıq səbəb ola bilər. Hazırda hadisə yerində yanğınsöndürmə briqadaları çalışır. Binadan yüzdən artıq xəstə təxliyə edilib.

Tibb işçiləri yanğın nəticəsində, ilkin məlumata görə, 27 nəfərin zərər çəkdiyini bildirirlər. Onlar əsasən tüstüdən zəhərələniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti