...

Türkiyədə Bosfor boğazı üzərindəki körpüdə yol qəzası səbəbindən hərəkət dayanıb

Dünya xəbərləri Materials 20 Dekabr 2012 09:48 (UTC +04:00)
Cümə axşamı səhər İstanbulda Boğaziçi körpüsündə ağır yol qəzası baş verib.
Türkiyədə Bosfor boğazı üzərindəki körpüdə yol qəzası səbəbindən hərəkət dayanıb

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Cümə axşamı səhər İstanbulda Boğaziçi körpüsündə ağır yol qəzası baş verib. Trend-in məlumatına görə, bu barədə "TRT Haber" xəbər yayıb.

İlkin məlumatlara görə, qəza nəticəsində ölən və yaralananlar var. Hadisə yerində təcili yardım briqadaları çalışır. Yol qəzası ilə əlaqədar Avropa və Asiyanı birləşdirən körpü üzərində hər iki istiqamətdə yol bağlanıb.

Qəzaya yolun buz bağlamasının səbəb olduğu ehtimal edilir.

Hadisənin təfərrüatları araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti