...

Sarkisyan Ermənistan-Türkiyə münasibətlərinə dair məsələnin parlamentin gündəliyindən çıxarılmasını istisna etmir

Dünya xəbərləri Materials 22 Yanvar 2013 10:13 (UTC +04:00)
Ermənistan prezidentliyinə namizəd, hazırkı dövlət başçısı Serj Sarkisyan Ermənistan-Türkiyə münasibətlərinə dair məsələnin ölkə parlamentinin gündəliyindən çıxarılması ehtimalını istisna etmir.
Sarkisyan Ermənistan-Türkiyə münasibətlərinə dair məsələnin parlamentin gündəliyindən çıxarılmasını istisna etmir

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Ermənistan prezidentliyinə namizəd, hazırkı dövlət başçısı Serj Sarkisyan Ermənistan-Türkiyə münasibətlərinə dair məsələnin ölkə parlamentinin gündəliyindən çıxarılması ehtimalını istisna etmir. Trend-in məlumatına görə, bu barədə "Novosti-Armeniya" xəbər verir.

"Ermənistan öz qərarına yenidən baxa və bu məsələni parlamentin gündəliyindən çıxara bilər", - o, bazar ertəsi paytaxtın Avan icmasının seçiciləri qarşısında çıxışı zamanı deyib.

Bununla yanaşı, Sarkisyan qeyd edib ki, Ermənistan yaxın gələcəkdə Türkiyə ilə münasibətləri üzrə hansısa yeni təşəbbüslərlə çıxış etmək fikrində deyil.

Ermənistan Prezidenti habelə bildirib ki, o, bu təşəbbüslərin reallaşdırılması üçün sərf edilən səylərə görə təəssüflənmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti