...

Türkiyədə 4 nazir istefaya göndərilib

Dünya xəbərləri Materials 24 Yanvar 2013 22:26 (UTC +04:00)
Türkiyə Nazirlər Kabineti tərkibində kadr dəyişikliyi baş verib. Dörd nazir Türkiyə Prezidenti Abdulla Gülün Baş nazir Rəcəb Tayyip Ərdoğanla görüşündən sonra istefaya göndərilib.
Türkiyədə 4 nazir istefaya göndərilib

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Türkiyə Nazirlər Kabineti tərkibində kadr dəyişikliyi baş verib. Dörd nazir Türkiyə Prezidenti Abdulla Gülün Baş nazir Rəcəb Tayyip Ərdoğanla görüşündən sonra istefaya göndərilib. Trend-in məlumatına görə, bu barədə Anadolu agentliyi xəbər verir.

Hakim Ədalət və İnkişaf Partiyasından olan deputat Muammer Güler daxili işlər naziri, partiyanın sədr müavini, Adanadan deputat Ömer Çelik mədəniyyət və turizm naziri, Nəbi Avci təhsil naziri və Edirnedən deputat Mehmet Müezzinoğlu səhiyyə naziri təyin ediliblər.

Onlar NK-nın tərkibindən çıxarılmış İdris Naim Şahini, Ertuğrul Günayı, Ömer Dinçeri ve Recep Akdağı əvəz ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti