Azərbaycan, Bakı, 28 yanvar /Trend/
İlkin məlumatlara görə, 2013-cü il yanvarın 26-da Ermənistandakı N saylı hərbi hissənin əsgəri, SQ-nin kiçik çavuşu Yuri Qrayroviç Qareginyan döyüş postunda xidmət yoldaşı, baş çavuş Artak Qriqoryeviç Qalstyana avtomat silahla ölümcül xəsarət yetirib. Trend-in məlumatına görə, bu barədə "Armenian Report" yazır.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, faktla bağlı təhqiqat aparılır.