Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir T.Cəfərov/
İranın Məsləhət Şurasının üzvü və ölkənin tanınmış siyasətçilərindən biri olan Həsən İbrahim Həbibi bu gün 75 yaşında vəfat edib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.
Həsən Həbibi 1989-cu ildən 2001-ci ilədək İranın sabiq prezidentləri Əli Əkbər Haşimi Rəfsəncani və Məhəmməd Xatəminin birinci müavini vəzifəsində çalışıb.
Bundan başqa o, müxtəlif dövrlərdə mədəniyyət naziri, təhsil naziri və baş prokuror vəzifələrində çalışıb. Həbibi İran İslam İnqilabından sonra ölkənin konistitusiyasını yazan hüquqşünaslardan biri olub.