...

İranda polis və narkotik qaçaqmalçıları arasında atışma baş verib

Dünya xəbərləri Materials 31 Yanvar 2013 14:34 (UTC +04:00)
İranın Sistan və Bəluçistan əyalətində sərhəd polisi və narkotik qaçaqmalçıları arasında atışma baş verib, 2 qaçaqmalçı həlak olub.
İranda polis və narkotik qaçaqmalçıları arasında atışma baş verib

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir T.Cəfərov/

İranın Sistan və Bəluçistan əyalətində sərhəd polisi və narkotik qaçaqmalçıları arasında atışma baş verib, 2 qaçaqmalçı həlak olub. Trend-in məlumatına görə, bu barədə İranın İLNA agentliyi məlumat verir.

Məlumata əsasən, qaçaqmalçılardan bir ton 373 kiloqram narkotik maddə olan tiryək müsadirə olunub.

Qaçaqmalçılardan bir neçəci Pakistan ərazisinə qaçıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti