...

Gürcüstanın Baş naziri Türkiyəyə yola düşüb

Dünya xəbərləri Materials 14 Fevral 2013 09:56 (UTC +04:00)
Gürcüstanın Baş naziri Bidzina İvanişvili cümə axşamı Türkiyəyə səfərə yola düşüb.
Gürcüstanın Baş naziri Türkiyəyə yola düşüb

Gürcüstan, Tbilisi, 14 fevral /Trend, müxbir N.Kirtsxaliya/

Gürcüstanın Baş naziri Bidzina İvanişvili cümə axşamı Türkiyəyə səfərə yola düşüb.

Gürcüstanın hökumət başçısının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gürcüstanın nümayəndə heyətinin tərkibinə iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kivirikaşvili, xarici işlər naziri Mayya Pancikidze, müdafiə naziri İrakli Alasaniya, energetika və təbii sərvətlər naziri Kaxi Kaladze, Tərəfdaşlıq Fondunun rəhbəri İrakli Kovzanadze, eləcə də Maliyyə və Mədəniyyət nazirliklərinin nümayəndələri daxildirlər.

Birgünlük səfər çərçivəsində Türkiyə Prezidenti Abdulla Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan və Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəklə görüşlər planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti