...

Nazir: Qaçqınlar məsələsində Azərbaycanın təcrübəsi Gürcüstan üçün çox maraqlıdır

Dünya xəbərləri Materials 11 Mart 2013 13:19 (UTC +04:00)
Gürcüstanın qaçqınların işi üzrə naziri David Daraxvelidze və nazir müavini Nino Çavçavadze Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseynlə görüşüb.
Nazir: Qaçqınlar məsələsində Azərbaycanın təcrübəsi Gürcüstan üçün çox maraqlıdır

Gürcüstan, Tbilisi, 11 mart / Trend, müxbir N.Kirtsxaliya/

Gürcüstanın qaçqınlarla iş üzrə naziri David Daraxvelidze və nazir müavini Nino Çavçavadze Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseynlə görüşüb.

Səfir görüş zamanı qonaqları Azərbaycanda qaçqınların və məcburi köçkünlərin vəziyyəti ilə tanış edib. Görüş zamanı tərəflər Daraxvelidze vəziyyətlə yerində tanış olmaq üçün Azərbaycana dəvət ediləcəyi barədə razılığa gəliblər.

Öz növbəsində, nazir səfiri Gürcüstandakı qaçqınların statistikası ilə tanış edərək qeyd edib ki,19 il ərzində 25 min ailə evlə təmin olunub, daha 45 min ailənin isə evə ehtiyacı var.
Səfir Azər Hüseyn qeyd edib ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin mənzil problemlərinin həll olunması ilə yanaşı, onlkarın gəlir mənbələrinin yaradılması ilə bağlı layihələrin həyata keçirilməsinə də diqqət ayrılır.

"Həm Azərbaycan, həm də Gürcüstanın dövlət orqanları qaçqın və məcburi köçkünlərin mənzil, iş və s. sosial problemlərinin həll olunması ilə bağlı işlər görür və konteksdə görüşlərin keçirilməsinin hər iki tərəf üçün əhəmiyyəti var",- səfir qeyd edib.
Öz növbəsində, Daraxvelidze qeyd edib ki, bu məsələdə Azərbaycanın təcrübəsi Gürcüstan üçün çox maraqlıdır.

"Azərbaycan qaçqınların mənzil problemini həll edib", nazir qeyd edib.

"Ölkədə, xüsusilə də kəndlərdə qaçqınların işə düzəldilməsi sahəsində də müvəffəqiyyətlər var. Azərbaycanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Bizim təşkilatımızdan fərqli olaraq, bu bir az başqa strukturdur. Biz Azərbaycanın təcrübəsi ilə daha yaxından tanış olmaq istəyirik", - Daraxvelidze qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti