Azərbaycan, Bakı, 19 mart /Trend/
Yol polisinin Yol hərəkətinin təşkili və nəzarəti şöbəsinin rəisi, podpolkovnik Daniel Danielyan martın 12-də tutduğu vəzifəsindən azad edilərək kadr ehtiyatına göndərilib. Trend-in çərşənbə axşamı verdiyi məlumata görə, "Armenian Report" müvafiq əmrin Ermənistan Polisinin rəisi Vladimir Qasparyan verdiyini bildirir.
Qasparyanın digər əmri ilə bu vəzifəyə Konstantin Kostanyan təyin edilib.