...

İran Qırmızı Aypara Cəmiyyətinin rəhbəri prezident seçkilərində iştirak üçün rəsmən ərizə verib

Dünya xəbərləri Materials 8 May 2013 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may/Trend, müxbirlər T. Cəfərov, E. Tariverdiyeva/

İran Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Mahmud Müzəffər ölkədə prezident seçkilərində namizəd qismində qeydiyyatdan keçmək üçün ərizə verib. Bu barədə Trend çərşənbə günü "Fars" agentliyinə istinadən məlumat verir.

Qeyd edək ki, mayın 7-dən etibarən ölkədə namizədlərin prezident seçkilərində rəsmi qeydiyyatdan keçməsinə başlanılıb.

Qeydiyyat prosesi mayın 11-dək davam edəcək. İranda 11-ci prezident seçkiləri 2013-cü il iyunun 14-də keçiriləcək.

Ölkədə prezident 4 il müddətinə seçilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti