...

ABŞ Dövlət Departamenti personalın bir hissəsini Tripolidən çıxarıb

Dünya xəbərləri Materials 10 May 2013 02:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend/

ABŞ Dövlət Departamenti personalın bir hissəsini Tripolidən çıxarıb və ölkə vətəndaşlarına təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsinə görə Liviyaya səfərlərdən çəkinməyi məsləhət görüb. Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

"Mayın əvvəlində Tripolidə vəziyyət kəskinləşib, silahlı qüvvələr keçmiş rejimin məmurları haqqında qanunda mövcud fikir ayrılıqları olduğuna görə, hökumət binalarını mühasirəyə alıb. Nəticədə mayın 8-də Dövlət Departamenti personalın bir hissəsini Tripolidən çıxarmağa göstəriş verib. Vəziyyət gözlənilməz olaraq qalır", - Dövlət Departamentin məlumatında deyilir.

Departament qeyd edib ki, Liviyada yaranmış qeyri-sabit vəziyyətə görə ABŞ vətəndaşları üçün konsul xidmətlərini göstərmək imkanı xeyli məhdudlaşıb.

Bundan başqa, 2012-ci ilin sentyabrında Benqazidə ABŞ səfiri Kristofer Stivens öldürüldüyü üçün amerikalılara ora baş çəkmək tövsiyə edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti