Azərbaycan, Bakı, 10 may /Trend/
Almaniyanın kansleri Angela Merkel əvvəl elan edilməmiş səfərlə cümə günü Əfqanıstana gəlıb, Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.
Nümayəndə agentliyə təsdiq edib ki, Merkel Balx şimal əyalətindəki Məzari-Şərif şəhərində yerləşən alman silahlı qüvvələrinin baş qərargahına gəlib. Onu müşayiət edir Almaniyanın müdafiə naziri Tomas de Mezyer.
Merkel əvvəllər həmçinin qabaqcadan səfər barədə elan etmədən 2012-ci ilin martında Əfqanıstana baş çəkib. O dəfə regionda bərk yağmış qara görə, o, Kunduz əyalətində Almaniyanın silahlı qüvvələrinin bazasına baş çəkə bilməyib.