...

Belarus Prezidenti Ermənistana rəsmi səfər edəcək

Dünya xəbərləri Materials 13 May 2013 10:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend/

Belarus prezidenti Aleksandr Lukaşenko erməni həmkarı Serj Sarqsyanın dəvəti ilə Yerevana rəsmi səfər edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Ermənistan KİV dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər yayıb.

Bazar ertəsi rəsmi qarşılanmadan sonra Ermənistan liderinin iqamətgahında iki ölkə rəhbərinin təkbətək, sonra isə Ermənistan və Belarusun rəsmi nümayəndələrin iştirakı ilə geniş tərkibli görüşü baş tutacaq.

Danışıqların yekunlaşmasından sonra, ikitərəfli əməkdaşlığın inkişafına və dərinləşməsinə istiqamətlənən sənədlərin imzalanması planlaşdırılıb. Sarqsyan və Lukaşenko, həmçinin KİV nümayəndələri qarşısında bəyanatla çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti