...

ABŞ Senatının komitəsi Suriya müxalifətini silahla təmin edilməsinə icazə verib

Dünya xəbərləri Materials 22 May 2013 03:01 (UTC +04:00)
ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi Suriya müxalifətini silahla təmin edilməsinə icazə verən qanun layihəsini dəstəkləyib.
ABŞ Senatının komitəsi Suriya müxalifətini silahla təmin edilməsinə icazə verib

Azərbaycan, Bakı, 22 may /Trend /

ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi Suriya müxalifətini silahla təmin edilməsinə icazə verən qanun layihəsini dəstəkləyib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

Sənədin qəbul edilməsi üçün komitənin 15 üzvü lehinə, üç üzvü isə əleyhinə səs verib.

Komitənin bəyanatında deyilir: "Suriyadakı vəziyyət yerli sakinlər, region, eləcə də ABŞ-ın terrorçuluğa qarşı səyləri üçün kritik həddə çatıb. 80 mindən çox suriyalı iki il ərzində həlak olub, qaçqınların sayı bir milyon yarımı ötüb. Münaqişə Livana və İraqa yayılıb. "Əl-Qaidə" ilə əlaqəli ekstremist qruplar münaqişədən istifadə edərək, kimyəvi silahın ehtiyatlarını əldə edirlər".

Komitə rəhbəri Robert Menendes tərəfindən təqdim edilmiş sənəddə insan hüquqlarına riayət etmə nöqteyi-nəzərindən dəqiq yoxlamanı keçən, terrorçularla əlaqələri olmayan müxalifətçilərin silahla təmin edilməsi təklif olunur. Hazırda ABŞ Suriya lideri Bəşər Əsədin rəqiblərini silahla təmin etmir.

Menendesin qanun layihəsi, həmçinin Suriya müxalifətçiləri ilə hərbi hazırlığın keçirilməsində köməklik göstərməsini, keçid dövrünə hakimiyyət institutlarının yaradılmasında kömək üçün 250 milyon dollar məbləğində fondun yaradılmasını, Suriyanın indiki hakimiyyətini silahla və ya yanacaqla təmin edənlər barədə sanksiyaların tədbiq edilməsini nəzərdə tutur.

Sənəd qüvvəyə minmək üçün Konqresin hər iki palatası tərəfindən təsdiq edilməli və Prezident tərəfindən imzalanmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti