Azərbaycan, Bakı, 29 may /Trend, müxbir T.Cəfərov/
Amerikada yaşayan iranlıların 11-ci çağırış prezident seçkilərində səsvermədə iştirakını təmin etmək məqsədi ilə bu ölkədə 25 səsvermə məntəqəsi yaradılıb. Bu sözləri İranın Xarici İşlər Nazirliyinin xaricdə yaşayan İranlılarla İş üzrə İdarənin rəhbəri Kazim Səccadi deyib. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi məlumat verir.
Kazimi deyib ki, Amerikada seçkilərin həyata keçirilməsini isə İranın BMT-dəki nümayəndəliyi təşkil edəcək.
Qeyd edək ki, İranda iyunun 14-də keçiriləcək prezident seçkilərində digər ölkələrdə yaşayan iranlıların iştirakını təmin etmək məqsədi ilə dünyanın 135 ölkəsində bu ölkənin səfirlikləri və nümayəndəliklərində səsvermə məntəqələri yaradılacaq.