...

84 yaşlı nənə lotereyada 590 milyon dollar qazandı

Dünya xəbərləri Materials 6 İyun 2013 10:17 (UTC +04:00)
ABŞ-ın Florida ştatından olan 84 yaşlı nənə ölkə tarixində iri "cek-pot"un sahibi olub.
84 yaşlı nənə lotereyada 590 milyon dollar qazandı

Azərbaycan, Bakı, 6 iyun /Trend/

ABŞ-ın Florida ştatından olan 84 yaşlı nənə ölkə tarixində iri "cek-pot"un sahibi olub. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, Qloriya Makkenzinin aldığı "Powerball" lotereyası ona 590 milyon dollar həcmində mükafat qazandırıb.

Telekameralar qarşısına çıxmaqdan imtina edən nənə deyib ki, lotereya biletini 2 dollara alıb.

Lakin Qloriya nənə vergilər nəzərə alınmamaqla mükafatın yalnız 370 milyonunu əldə edə biləcək. Çünki o, uduş məbləğinin birdəfəlik ödənilməsini istəyib. Qaydaya əsasən, 570 milyon dollar qalibə 30 il ərzində ödənilməli idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti