...

ABŞ Rusiya və Çinə insan alverinə görə sanksiyalar tətbiq edə bilər

Dünya xəbərləri Materials 20 İyun 2013 05:19 (UTC +04:00)
Əgər ABŞ prezidenti müvafiq qərar qəbul etməsə, insan alveri haqqında dövlət departamentinin məruzəsində minimuma qədər azaldılmış Rusiya, Çin və Özbəkistanın reytinqinə görə, onlara qarşı sanksiyalar tətbiq oluna bilər.
ABŞ Rusiya və Çinə insan alverinə görə sanksiyalar tətbiq edə bilər

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Əgər ABŞ prezidenti müvafiq qərar qəbul etməsə, insan alveri haqqında dövlət departamentinin məruzəsində minimuma qədər azaldılmış Rusiya, Çin və Özbəkistanın reytinqinə görə, onlara qarşı sanksiyalar tətbiq oluna bilər. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

İnsan alveri ilə mübarizə haqqında illik məruzədə dövlət departamenti bu sahədə minimal standartlara uyğun olmayan ölkələr səviyyəsinə qədər Rusiyanın, Çinin və Özbəkistanın reytinqini aşağı salıb.

Onlar Əlcəzair, Konqo Demokratik respublikası, Kuba, Ekvatorial Qvineya, Eritreya, İran, Şimali Koreya, Küveyt, Liviya, Mavritaniya, Papua-Yeni Qvineya, Səudiyyə Ərəbistanı, Sudan, Suriya, Yəmən və Zimbabve ilə yanaşı üçüncü səviyyəli ölkələr qrupuna düşüblər.

Mövcud qaydaya əsasən, bu dövlətlər sanksiyalar obyekti ola bilər, o cümlədən maarifləndirici və mədəni mübadilələrin maliyyələşdirilməsindən və ABŞ-ın razılığı olmasa BVF və Dünya Bankının yardım almasından rədd cavabı ala bilər.

Əgər ABŞ prezidenti sanksiyaları Birləşdirilmiş Ştatların milli maraqlarına uyğun olmaması barədə qərar qəbul etməsə, bu təqdirdə sanksiyalar 2013-cü ilin oktyabrın 1-dən qüvvəyə minə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti