...

Məhəmməd Mursi misirliləri prezidentliyinin legitimliyini qorumağa çağırıb

Dünya xəbərləri Materials 4 İyul 2013 03:01 (UTC +04:00)
Misir ordusunun baş komandanı tərəfindən hakimiyyətdən devrilmiş elan edilmiş prezident Məhəmməd Mursi vətəndaşları prezidentliyinin legitimliyini qorumağa çağırıb.
Məhəmməd Mursi misirliləri prezidentliyinin legitimliyini qorumağa çağırıb

Misir ordusunun baş komandanı tərəfindən hakimiyyətdən devrilmiş elan edilmiş prezident Məhəmməd Mursi vətəndaşları prezidentliyinin legitimliyini qorumağa çağırıb. Bu barədə RİA Novosti "Frans Press" agentliyinə istinadən məlumat verib.

"Məm Misirin seçilmiş prezidentiyəm. İndi isə xalqdan bu legitimliyi qorumaq tələb olunur, çünki o konstitusiyaya uyğundur", deyə Mursi "Youtube"də yerləşdirilmiş videoçarxda bəyan edib.

Qeyd edək ki, ölkənin müdafiə naziri Abdel Fəttah əs-Sissi bir qədər əvvəl Misirdə növbədənkənar prezident seçkiləri keçiriləcəyi bildirib.

Nazir xalqa telemüraciətində bəyan edib ki, keçid dövründə ölkə başçısı vəzifəsini Konstitusiya məhkəməsinin sədri icra edəcək.

Abdel Fəttah əs-Sissi həmçinin Misirdə texniki Nazirlər Kabinetinin və Konstitusiyaya yenidən baxılması üzrə Komitənin yaradılacağını bəyan edib.

Xəbər lenti

Xəbər lenti