...

ABŞ Misirə keçid dövrü vaxtı kömək etməyə hazırdır

Dünya xəbərləri Materials 15 İyul 2013 22:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /Trend/

ABŞ siyasi və iqtisadi problemlərlə üzləşən Misirə keçid dövrü vaxtı kömək etməyə hazırdır,
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Qahirədə olan ABŞ dövlət katibinin birinci müavin Uilyam Börns bəyan edib.

Amerika diplomatı Misir paytaxtında Misirin müvəqqəti rəhbəri Ədli Mənsur və silahlı qüvvələrin komandanı Abdelfəttah əs-Sisi ilə görüşlər keçirib. Börnsin səfəri prezident Məhəmməd Mursi hakimiyyətindən kənarlaşdırıldıqdan sonra ABŞ-ın yüksəkvəzifəli nümayəndəsinin ilk səfəri olub.

''Biz ikinci şans əldə edən Misir inqilabına kömək etməyə çalışırıq,'' - Börns deyib.

Diplomat Misirdə baş verən toqquşmaları pisləyib və yeni hakimiyyəti hər-hansı tərəfin siyasi prosesdə iştirak etməsinə mane olmamağa çağırıb.

Xəbər lenti

Xəbər lenti