Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbirlər A. Bədəlova, N.Umid/
İran Prezidenti Həsən Ruhani ölkənin iki vitse-prezidentini təyin edib. Bu barədə Trend "Fars News" agentliyinə istinadən məlumat yayıb.
Məlumata görə, Məhəmməd Bağır Nöbəxt İranın planlaşdırma və strateji nəzarət üzrə vitse-prezidenti, Elham Aminzadə isə ölkənin hüquqi məsələlər üzrə vitse-prezidenti təyin edilib.
Nöbəxt İranın Mötədillik və İnkişaf Partiyasının Baş katibidir.
Aminzadə Ruhani hökumətində vəzifəyə təyin olunan ilk qadındır. Aminzadə İran Parlamentinin yeddinci çağırışında Milli təhlükəsizlik və xarici siyasət üzrə komitəsinin üzvü olub.