...

Sapardurdu Toyliev: Türk dünyasının mədəni irsi dünya sivilizasiyasına misilsiz töhfə verib

Dünya xəbərləri Materials 16 Avqust 2013 14:16 (UTC +04:00)
Türkmənistan dünya sivilizasiyasının mədəni irsinə qiymətsiz töhfə verən türk dünyasının ayrılmaz hissəsidir.
Sapardurdu Toyliev: Türk dünyasının mədəni irsi dünya sivilizasiyasına misilsiz töhfə verib

Azərbaycan, Qəbələ, 16 avqust /Trend, müxbir A.Bədəlova/

Türkmənistan dünya sivilizasiyasının mədəni irsinə misilsiz töhfə verən türk dünyasının ayrılmaz hissəsidir.

Trend-in məlumatına görə, bunu Türkmənistanın Baş nazirinin müavini Sapardurdu Toyliev Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında çıxışı zamanı bildirib:

"Bizim hamımızı ümumi miras birləşdirir. Onun sayəsində ölkələrimiz arasında həm regionda, həm də dünyada sülhün və sabitliyin təmin olunması işində çoxtərəfli əməkdaşlığın dərinləşməsi mümkündür".

Baş nazirin müavinin sözlərinə görə, dil, ruh birliyi və gücləndirilmiş inteqrasiya türkdilli ölkələri daha çox birləşdirir və qarşılıqlı anlaşmanın genişlənməsinə imkan yaradır:

"Bizim mədəniyyətin inkişafı və mədəni irsimizin nəsillərdən- nəsillərə ötürülməsi bizim sivilizasiyamızın özünü yeniləməsidir".

Toyilevin fikrincə, türk xalqlarının birləşməsinin simvolu kimi əhəmiyyəti daha da artan "Böyük İpək yolu"dur.

Baş nazirin müavini bildirib ki, müasir Türkmənistan - dinamik inkişaf edən ölkədir: "Türkmənistan Prezidentinin kursu sənayenin innovativ inkişafına istiqamətlənib. Türkmənistan texnologiyaları cəlb etmək, innovasiyaları öyrənərək, onları praktikada tətbiq etməklə aktiv şəkildə dünya təcrübəsini öyrənir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti