...

Ruhani: İran silahlı qüvvələri qonşu və digər ölkələr üçün təhlükə deyil

Dünya xəbərləri Materials 22 Sentyabr 2013 11:43 (UTC +04:00)
İran və onun silahlı qüvvələri qonşu və digər ölkələrə təhlükə deyil.
Ruhani: İran silahlı qüvvələri qonşu və digər ölkələr üçün təhlükə deyil

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir T.Cəfərov/

İran və onun silahlı qüvvələri qonşu və digər ölkələrə təhlükə deyil. Trend IRINN telekanalına istinadən, bu barədə İran prezidenti Həsən Ruhani bazar günü Tehranda keçirilən hərbi parad zamanı deyib.

Onun sözlərinə görə, regionda təhlükə yaradan tərəflər bütün beynəlxalq haqqları tapatalayırlar.

İran silahlı qüvvələri reqionun bəzi ölkələrin silahlı qüvvələrindən fərqli olaraq, demokratik silahlı qüvvələrdir. Onlar heç vaxt siyasətə müdaxilə etməyib və həmişə xalqın istəyinə tabe olurlar, Ruhani deyib.

İran inqilab etmiş bir ölkədir və müharibə etməyə ehtiyaci yoxdur, prezident deyib.

İran son 200 il ərzində heç bir ölkəyə hücüm etməyib və bu gün İran İslam Respublikasının ordusu regionda müharibəni başlayan ordu olmayacaq, lakin həmişə hücüm edənlərin qarşısında qəhrəman müdafiyəçiləri olacaq.

Ruhani müharibəni başlamaq istəyən ölkələrə müraciət edib və xəbərdarlıq edib ki, onlar öz niyyətinə görə peşman olacaqlar.

"İran silahlı qüvvələri hücum edən tərəfləri peşman olmağa məcbur edəcək",- prezident bildirib.

İran müharibə əleyhinədir və özü müharibə qurbanıdır, - Ruhani deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti