...

Ağ ev: ABŞ İrana prezidentlərin görüşünü təklif edib, lakin rədd cavabı alıb

Dünya xəbərləri Materials 25 Sentyabr 2013 01:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr / Trend /

ABŞ İrana BMT Baş Assambleyasının kuluarlarında prezidentlər Barak Obama və Həsən Ruhaninin görüşünü təklif edib, lakin rədd cavabı alıb. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə Ağ evin yüksək vəzifəli nümayəndəsi çərşənbə axşamı jurnalistlərə bildirib.

İran Amerika tərəfinə bildirib ki, hazırda "iranlılar üçün bu çox çətin olardı", ABŞ prezident administrasiyasının nümayəndəsi bildirib.

Obama BMT Baş Assambleyasında çərşənbə axşamı nitqində bildirib ki, İranın nüvə proqramı ətrafındakı vəziyyəti həll etmək cəhdlərində diplomatik prosesi yoxlamaq lazımdır. ABŞ şübhələnirlər ki, İran nüvə silahını yaratmağa hazırlaşır, Tehran bunu inkar edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti