...

KSQT Suriyada kimyəvi silahın məhv edilməsi planını təsdiqləyib

Dünya xəbərləri Materials 28 Sentyabr 2013 04:44 (UTC +04:00)
Kimyəvi silahların qadağan olunması üzrə Təşkilatın (KSQT) icraçı şurası şənbə gününə keçən gecə Suriyada kimyəvi silahın məhv edilməsi planını təsdiqləyib.
KSQT Suriyada kimyəvi silahın məhv edilməsi planını təsdiqləyib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Kimyəvi silahların qadağan olunması üzrə Təşkilatın (KSQT) icraçı şurası şənbə gününə keçən gecə Suriyada kimyəvi silahın məhv edilməsi planını təsdiqləyib. Trend Frans Press agentliyinə istinadən, bu barədə KSQT nümayəndəsi Maykl Luhan (Michael Luhan) məlumat verir.

"Qərar qəbul olunub və dərhal qüvvəyə minir", - Luhan bildirib.

Təşkilatın rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilir ki, qəbul edilmiş qərar barədə rəsmi bəyanatlar bazar ertəsindən tez olmayaraq veriləcək, RİA Novosti agentliyi xəbər verir.

Xəbər lenti

Xəbər lenti