...

Türkiyə parlamenti İraqda hərbi əməliyyatların keçirilməsi üçün mandatını uzadıb

Dünya xəbərləri Materials 11 Oktyabr 2013 04:06 (UTC +04:00)
Türkiyə parlamenti İraqın şimalında terrorla mübarizə üçün hərbi əməliyyatların aparılması mandatını daha bir il uzadıb.
Türkiyə parlamenti İraqda hərbi əməliyyatların keçirilməsi üçün mandatını uzadıb

Azərbaycan, Bakı, 11 oktyabr / Trend /

Türkiyə parlamenti İraqın şimalında terrorla mübarizə üçün hərbi əməliyyatların aparılması mandatını daha bir il uzadıb. Bu barədə Trend Anadolu agentliyinə istinadən məlumat verir.

Mandatın uzadılması haqqında sorğu hakim Ədalət və inkişaf partiyası, Cümhuriyyət xalq partiyası və Milliyyətçi hərəkat partiyası tərəfindən bəyənilib, halbuki azsaylı müxalifət Sülh və demokratiya partiyası onun əleyhinə səs verib.

Türkiyə parlamenti hökumətə Şimali İraqda hərbi əməliyyatların keçirilməsinə 2007-ci ildən hər il mandat verir.

Hər mandat hökumətə terrorçu Kürd fəhlə partiyasına qarşı mübarizə üçün Şimali İraqa qoşun göndərməyə imkan verir.

Mandatı parlamentdə əksər səs çoxluğu ilə qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti