...

Həlak olmuş Yeqor Şerbakovun rəfiqəsi Orxan Zeynalovu tanıyıb

Dünya xəbərləri Materials 18 Oktyabr 2013 23:37 (UTC +04:00)
Moskvanın Biryulevo rayonunda qətlə yetirilmiş Yeqor Şerbakovun rəfiqəsi "Rusiya 24" telekanalının efirində bildirib ki, cümə günü rəsmən ittiham olunan Orxan Zeynalovu məhz o, hadisə yerində görüb.
Həlak olmuş Yeqor Şerbakovun rəfiqəsi Orxan Zeynalovu tanıyıb

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Moskvanın Biryulevo rayonunda qətlə yetirilmiş Yeqor Şerbakovun rəfiqəsi "Rusiya 24" telekanalının efirində bildirib ki, məhz o, hadisə yerində cümə günü rəsmən ittiham olunan Orxan Zeynalovu görüb. Trend Ria Novosti agentliyinə istinadən, bu barədə məlumat verir.

Yeqor Şerbakovun qətlində təqsirləndirilən Orxan Zeynalov dindirmə zamanı günahını etiraf etməyib və bildirib ki, hətta hadisə yerində olmayıb, bu barədə cümə günü Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib.

Şerbakovun rəfiqəsi bildirib ki, "məhkəmə bu insan üçün ədalətli cəza verəcək, çünki hər kəs öz hərəkətinə görə cavab verməlidir". "Əgər o, bunu edibsə, onda qoy o, təqsirini boynuna alsın və layiqli cəzasını çəksin", - o, deyib.

Bundan öncə Zeynalov istintaqa bildirib ki, məhz o, 2013-ci ilin oktyabrın 9-dən 10-nə keçən gecə Vostryakov döngəsində Yeqor Şerbakova bıçaqla zərbə yetirib.

"Mən artıq ifadə vermişəm, üzləşdirmə aparılıb və bir daha bildirirəm ki, məhz Yeqor Şerbakovu həmin bu, adam öldürüb", - qız deyib, dəqiqləşdirərək ki, bu hadisədən əvvəl o, "bu adamı heç vaxt görməyib".

Xatırladaq ki, Moskvanın Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçi rayondakı "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asiyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusitəyinatlı polis dəstələri yeridilib. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin xəsarət alıb.

Hadisə baş verən gündən sonra Moskvada hərəsindən biri olmaqla Azərbaycan və Özbəkistan vətəndaşları xüsusi amansızlıqla qətlə yetiriliblər. Həmçinin, Orxan Zeynalovun tutulması zamanı ona qarşı işgəncə faktlarının yer aldığı görüntülər yayılıb.

Xəbər lenti

Xəbər lenti